AZ

Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda sərgi keçirilir

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda sərgi keçirilib.

APA-nın xəbərinə görə, sərgidə kolonializm mövzusunda müxtəlif aspektləri əks etdirən fotolar nümayiş etdirilir.

Qeyd olunub ki, sərgi konfransın əsas mövzusunu vizual olaraq tamamlayaraq iştirakçılara kolonializmin dini və milli kimliklərə təsirini daha yaxşı anlamağa kömək edir.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edir.

Seçilən
51
3
apa.az

3Mənbələr