İran ABŞ-ın ona qarşı hücum edəcəyi təqdirdə “bütün Yaxın Şərqdə partlayış olacağı” barədə xəbərdarlıq edib və onun bölgədəki bazalarını hədəf alacağı ilə hədələyib.
Hafta.az-ın yazdığına görə, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib ki, "ABŞ yeni razılaşmanın olmaması səbəbindən İrana qarşı hərbi təhdidini həyata keçirərsə, onun bölgədəki bazaları dağıdılacaq və bu, bütün regionun partlaması demək olacaq.
İran ABŞ prezidenti Donald Trampın məktubuna cavab olaraq “təmkinlə” hərəkət etdiyini bildirərək, ABŞ-la birbaşa danışıqları rədd edib. Dini lider Əli Xameneinin müşaviri Əli Şamxani Trampın məktubuna cavabın “balanslı” olduğunu və “dolayı dialoqa hazırlığı” ehtiva etdiyini bildirib.
İRNA-nın xəbərinə görə, Əli Xameneinin müşaviri Əli Laricani İrana qarşı hərbi əməliyyat təhdidlərini dəyərləndirib və deyib ki, iş görmək niyyətində olanlar çox danışmırlar.