AZ

Türkiyə Rutube-ni blokladı

Türkiyənin tənzimləyici orqanı Rusiyanın məşhur Rutube video hostinqinin Türkiyədə bloklandığını açıqlayıb. Bu barədə Rusiya mediası məlumat yayıb.


Qeyd edilib ki, Rutube saytı Türkiyədə artıq açılmır: "Sayta giriş müxtəlif mobil operatorlar və İnternet provayderləri tərəfindən bloklanır".


Saytı açmaq istəyərkən “rutube.ru saytına giriş Türkiyə tənimləyici orqanının 25 fevral 2025-ci il tarixli qərarı ilə bağlanıb” mesajı görünür. Ekranda internet saytı əvəzinə Türkiyənin cinayət məcəlləsindən çıxarışlar görünür və “qanunsuz qumar oyunları terroru maliyyələşdirmək üçün istifadə edilə bilər” xəbərdarlığı edilir.

Tural

Seçilən
91
news365.az

1Mənbələr