AZ

Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL proqramının plenar iclasında iştirak edib

Bakı. Trend:

25-28 mart tarixlərində Avstriyanın paytaxtı Vyanada DünyaBankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi(PEMPAL) proqramı”nın dövlət xərclərinin idarə edilməsi üzrə plenariclası keçirilib.

Trend-ə bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, üzv ölkələrin maliyyə nazirlərinin, dövlətxəzinədarlığının rəhbərlərinin, Avropa Komissiyası və DünyaBankının yüksək səviyyəli rəsmilərinin, PEMPAL katibliyinintəmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmiziMaliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoruNazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsiledib.

Tədbirdə N.Qasımzadə “PEMPAL ölkələrində xəzinədarlıqfunksiyalarının rəqəmsallaşdırılması və genişləndirilməsi”mövzusunda təqdimatla çıxış edib, maliyyə sahəsində Azərbaycandaaparılan islahatlar, xəzinədarlığın elektron təşkili, xəzinəinformasiya sisteminin müasirləşdirilməsi və digər məsələlərhaqqında geniş məlumat verib.

Plenar iclasda keçirilən səsvermənin nəticəsinə əsasən, MaliyyəNazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru NazimQasımzadə PEMPAL proqramının Xəzinədarlıq Cəmiyyətinin İdarəHeyətinin yeni sədri seçilib.

Proqram çərçivəsində növbəti tədbirin mayın sonunda Gürcüstanınpaytaxtı Tbilisidə keçirilməsi qərara alınıb.

PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsisedilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskalorqanlarının şəbəkəsidir və özündə Mərkəzi Asiya, Mərkəzi və ŞərqiAvropanın 21 ölkəsini birləşdirir. Proqramının məqsədi dövlətmaliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsiləmaliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPALProqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlərmütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikirmübadiləsi aparırlar.

Məqalədə:
Seçilən
82
11
az.trend.az

10Mənbələr