Moskva Nəqliyyat Departamenti Ramazan bayramı (Uraza bayramı) ilə əlaqədar martın 29 və 30-da paytaxtda bəzi yolların nəqliyyatın hərəkətinə bağlanacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, səlahiyyətlilər marşrutlarını bu tarixlərdə planlaşdıracaq sürücülərə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Müsəlmanların müqəddəs Ramazan ayının sonunda qeyd etdiyi Uraza bayramı 2025-ci ildə martın 30-dan 31-nə keçən gecə başlayacaq. Bayramla əlaqədar paytaxtda həm nəqliyyat axınında, həm də ictimai nəqliyyat marşrutlarında dəyişiklik ediləcək.
Martın 29-u saat 00:01-dən başlayaraq tədbirlər bitənə qədər bəzi küçələrdə parklanma qadağası tətbiq olunacaq. Qadağa Bolşaya Tatarskaya, Meşçanskaya, Zepkina, Durova, Starı Tolmaçevskiy, Qilyarovskoqo, Malıy Tatarskaya, Klimentovskiy, Vıpolzov, Ozyorkovskiy və Kapelskiy küçələrini əhatə edəcək.
Bayram şənlikləri ilə əlaqədar bəzi avtobusların marşrut xətləri də dəyişdiriləcək.