AZ

Baltik dənizi üzərində naməlum təyyarə Almaniyanı həyəcanlandırıb

Baltik

Naməlum təyyarə, uçuş planı və ya transponder siqnalı olmadan Baltik dənizinin üzərində müşahidə edilib.Bunu Almaniyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Nataly Yeninq brifinqdə bildirib, “Ulusum”.az xəbər verir. Onun müşayiəti üçün Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri havaya qalxıb."Bu gün mən təsdiq edə bilərəm ki, dünən Almaniya HHQ-nin təyyarələri havaya qalxdı, çünki naməlum təyyarə Baltik dənizinin beynəlxalq hava sahəsində yerləşirdi", — Yeninq bildirib.O, əlavə edib ki, hava gəmisinin nə NATO, nə də Almaniya hava sahəsində olduğu qeyd olunub. Hadisənin digər təfərrüatları isə açıqlanmayıb.

Diqqət Çəkənlər

"Mədəni Tənqid": Mədəniyyətin Dərinliklərinə Yolculuq

Myanmadakı Zəlzələ: məktəbin dağıntıları altında 5 uşağın meyiti tapılıb

İmişlidə zəlzələ olub

Seçilən
82
ulusum.az

1Mənbələr