1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda sərgi keçirilir.
Oxu.Az xəbər verir ki, sərgidə kolonializmi müxtəlif aspektlərdən əks etdirən fotolar nümayiş etdirilir.
Bildirilib ki, sərgi konfransın əsas mövzusunu vizual olaraq tamamlamaqla iştirakçılara kolonializmin dini və milli kimliklərə təsirini daha yaxşı çatdırmağa kömək edir.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər.

Aləmdə Nəsib