AZ

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.
Bildirilir ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təkzib edilmişdi.
Qeyd olunur ki, "nümayəndəlik" həqiqətən də o zaman fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb.
Diplomatik mənbələrə istinadla o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra "nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu.
"Lakin məlumatımıza görə, bu mövzu da indi bağlanıb", - deyə qəzetdən bildirilir.
Seçilən
55
8
oxu.az

10Mənbələr