AZ

Britaniyada küçədə məxfi hərbi sənədlər tapılıb - Fotolar

Böyük Britaniyanın​ Nyukasl şəhərində, Skotsvud məhəlləsində küçədə səpələnmiş vəziyyətdə hərbi məlumatları ehtiva edən sənədlər tapılıb.

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, sənədlər martın 16-sı futbol azarkeşi tərəfindən aşkar edilib.

Həmin sənədlərdə hərbçilərin rütbələri, elektron poçt ünvanları, növbə nümunələri, silah paylanması qeydləri və hərbi obyektlərə giriş məlumatları yer alıb.

Hərbi baza Nyukasldan təxminən 80 kilometr cənubda yerləşir.

Sənədlər Müdafiə Nazirliyinə təhvil verilib. Nazirlik məsələ ilə bağlı araşdırmaya başlayıb.

Britaniya hökuməti məxfi sənədlərin parçalanaraq və ya yandırılaraq məhv edilməsini tövsiyə edib.




Seçilən
67
qafqazinfo.az

1Mənbələr