AZ

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı əlli mini ötüb

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 50 277 nəfərə çatıb.

Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Operativ Media bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, son 24 saat ərzində biri dağıntılar altından çıxarılan 26 ölü, 70 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da razılaşdığı atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 921 fələstinlinin həyatını itirdiyi, 2054 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 50 min 277, yaralı sayının isə 114 min 95 nəfərə yüksəldiyi qeyd edilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Seçilən
88
1
operativmedia.az

2Mənbələr