AZ

Flik: “Çoxlu pul qazanmaq olar, amma…”

“Barselona”nın ispan baş məşqçisi Hansi Flik ifrat sıx oyun təqvimi haqda danışaraq, oyunçuların səhhətinin vacib olduğunu vurğulayıb.

Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Oyunçulara və məşqçilərə qulaq asmaq gərəkdir. Yayda dünya çempionatı, Millətlər Liqası keçirilir… Futbolçular ora milli yığma komandaların heyətində yollanırlar, bu, çox çətindir. Düşünmürəm ki, bu, münasib vəziyyətdir. Mənim təvazökar fikrim belədir.

Çoxlu pul qazanmaq olar, amma oyunçular üçün bu, heç də yaxşı deyil. Onlar haqqında düşünmək gərəkdir. Azarkeşlər tamaşa görmək istəyirlər, amma hər şey elə, belə ruhda da davam etsə, biz müvafiq səviyyəmizi qoruyub-saxlaya bilməyəcəyik”, deyə Hansi Flik vurğulayıb.

28 oyundan 63 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.

Seçilən
50
arena.az

1Mənbələr