AZ

Misirdə naməlum fironun böyük qəbri aşkar olunub

Bakı. Trend:

Arxeoloqlar Misir tarixinin xaotik dövrünə, təxminən 3600 iləvvələ aid Abidos şəhəri yaxınlığında naməlum qədim Misir fironunəhəng daşından ibarət böyük dəfn kamerasını aşkar ediblər.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, Anubis dağının qədimnekropolunda yerin yeddi metr dərinliyində olan məzarın tapılmasıABŞ-nin Pensilvaniya Universiteti Muzeyi və Misir arxeoloqlarıtərəfindən açıqlanıb.

Məlumata görə, bu, qədim Misir fironunun məzarının bu il elanedilmiş ikinci tapıntısıdır.

Nil çayından təxminən 10 kilometr aralıda yerləşən qədim Misirinmühüm şəhəri olan Abidosda yanvar ayında aşkar edilən dəfn kamerasıboş olub, yəqin ki, bu qəbir quldurlar tərəfindən çoxdan talanedilib. Bir vaxtlar nəşi məzarda olan fironun adı əvvəlcə kameranıngirişindəki suvaqlı kərpic üzərində heroqlif mətnlərdə bacıilahələr İsis və Neftisin təsvir olunduğu boyalı səhnələrlə yanaşıqeyd edilib.

Məqalədə:
Seçilən
139
8
az.trend.az

10Mənbələr