AZ

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

Rusiyanın Saratov şəhərində sərnişin təyyarəsi nasazlıq səbəbindən qəzalı eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Aeroportun mətbuat xidmətinin məlumatına görə, təyyarə Saratovdan Moskvaya uçurdu:

“Saratovdan Moskvaya uçan SU1357 sərnişin təyyarəsi aviaşirkətin qərarı ilə Qaqarin hava limanına qaytarılıb və saat 13:37-də (Moskva vaxtı ilə 12:37) yerə enib”.

Seçilən
108
50
axar.az

10Mənbələr