AZ

Zəlzələni əvvəldən proqnozlaşdırmaq mümkün olacaq

İtaliyalı alimlər optik lif kabellərindən istifadə edərək zəlzələləri əvvəlcədən proqnozlaşdırmaq üsulu tapıblar.

Demokrat.az
xəbər verir ki, bu metod İtaliyanın Geofizika və Vulkanologiya Milli İnstitutu tərəfindən hazırlanıb.

Yeraltı optik lif kabelləri zəlzələ zamanı çox kiçik dərəcədə sıxılır və ya uzanır. Xüsusi qurğular bu dəyişiklikləri siqnallara çevirərək alimlərə ötürür. Sistem Etna vulkanı yaxınlığında 30 kilometrlik kabel üzərində sınaqdan keçirilib və bir il ərzində 70-dən çox kiçik zəlzələ qeydə alınıb. Bu isə adi seysmik qurğuların aşkar edə bilmədiyi titrəyişləri müəyyən etməyə imkan verir.

Seçilən
112
2
demokrat.az

3Mənbələr