AZ

"İnanırdım, amma..." -"Ordu"nun kapitanı

"Heç nə bitməyib və mövsüm başa çatmayıb. Amma komandanın çıxışı istədiyimiz kimi alınmadı".

Fanat.Az-ın məlumatına görə, bunu "Ordu"nun basketbolçusu Rüstəm Əliyev deyib.

Kapitan Azərbaycan Basketbol Liqası ilə bağlı fikirlərini bölüşüb:

"B qrupunda 1-ci yeri tutacağımıza inanırdım, amma bəzi problemlər buna imkan vermədi. Xüsusilə Ramme Grifinin zədəli olması, legionerlərin səhhətində problemlərin üzə çıxması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı.

Əliyev özü də zədəsini tam sağaltmadığını deyib: "Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu qarşılaşmaları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik".

Qeyd edək ki, "Ordu" 19 turdan sonra B qrupunda 31 xalla üçüncü pillədə qərarlaşıb.

Seçilən
67
fanat.az

1Mənbələr