Bakı. Trend:
Danimarkanın ən böyük şəhərləri olan Orxus və KopenhagendəABŞ-nin Qrenlandiya siyasətinə qarşı genişmiqyaslı etirazaksiyaları baş tutub.
Trend xəbər verirki, bu barədə "Danmarks" radiosu məlumat yayıb.
"Danmarks" radiosunun məlumatına görə, 800-1000 nəfər ABŞ-ninKopenhagendəki səfirliyi qarşısında "Qrenlandiya Qrenlandiyalılaraməxsusdur" şüarı ilə aksiya keçirib.
Etirazlar, ABŞ Prezidenti Donald Trampın VaşinqtonunQrenlandiyaya nəzarət etmək niyyətini dəfələrlə dilə gətirməsindənsonra başlayıb.
Aksiya təşkilatçılarından biri Karen Littauer bildirib ki, "HəmQrenlandiyaya, həm də Danimarkaya qarşı bu təzyiq qəbuledilməzdir.Biz bunun normal olmadığını göstərmək istəyirik. Bu, kobudpozuntudur."
Qeyd edək ki, etirazlar ABŞ vitse-prezidenti Cey Di Vensinmartın 28-də Pituffik hərbi bazasında Kopenhagenin Qrenlandiyanıntəhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlərgörmədiyini bildirməsindən sonra baş verib.
Danimarkanın Baş naziri Mette Frederiksen isə Vaşinqtonuntənqidlərini ədalətsiz adlandırıb.