Meksika millisinin yarımmüdafiəçisi Luis Çaves KONKAKAF Millətlər Liqasının qalibi olmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Moskva "Dinamo"sunun oyunçusu fikirlərini "championat.com"a bölüşüb:
"Yığmanın qələbəsini bayram etməyə vaxtım olmadı. Finalın ertəsi getməliydim. Amma bu qələbəyə şadam. Biz mükafat qazanmalıydıq. Uzun müddət idi ki, bunu edə bilmirdik".
Xatırladaq ki, Meksika turnirin final matçında Panamanı 2:1 hesabı ilə yenib. Çaves meydana matçın 2-ci hissəsində çıxıb.