AZ

Nazim Eynallı: Xalqımız müqəddəs bayram olan Ramazan bayramını qeyd edir » AzadMedia.az


Nazim Eynallı Hüseyin oğlu,
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru


Ramazan müsəlmanların iki ən böyük bayramından biridir. Bu bayramda müsəlmanlar bir araya gəlib bu böyük mənəvi zəfər bayramının sevincini bir-biri ilə bölüşür və birlikdə namaz qılaraq Uca Allaha öz şükürlərini bildirirlər.

Ramazan bayramının mahiyyəti çox böykdür. Birlik, həmrəylik dostluq qardaşlıq bayramıdır. İlk növbədə orucluq boyunca insanın mənəvi aləminin saflaşması, ilahi ab-havaya qərq olmasıdır. Allah-təala “Qurani-Kərimi” məhz Ramazan ayında nazil edib. Yəni bəşəriyyətin səadət yolunu göstərən son ilahi vəhylər toplusunu bu ayda endirib.

Bu bayram sevinci Ramazan ayında yüksəlişə nail olmağımızın, Allaha doğru gedən yolda daha 30 pillə yüksəlməyizin, yeni ilahi zirvələr fəth etməyimizin, günahlardan təmizlənməyimizin və Allaha daha və daha yaxın olmağımızın sevincidir!
Bu ilki Ramazan bayramı milli bayramımız olan Novruz bayramı ilə eyni zamana təsadüf edir. Xalqımız Novruz bayramını qeyd etdikdən sonra Ramazan bayramını keçirir.

Ramazan saflıq, gözəllik və mərhəmət ayıdır... İnsanların daxilindəki hissləri oyadır və həyata keçirməyə təşviq edir. Hər kəs şükr və mərhəmət bayramında bir-birini təbrik edir. Bu bayramın da özəlliyi budur. Bir-birinə dəstək olmaq, bir-birini sevindirmək!.
Ramazan bayramımız mübarək olsun!
Seçilən
117
1
azadmedia.az

2Mənbələr