AZ

Milyarderin sevgilisi 5570 dollarlıq fincandan qəhvə içdi

"Amazon"un qurucusu Ceff Bezosun nişanlısı, amerikalı jurnalist Lauren Sançe 5570 dollarlıq fincandan qəhvə içib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, milyarderin 54 yaşlı nişanlısı dərin dekolteli və qolları açıq cins mini paltarda, qəhvəyi hündürdaban pompalarda və kəmərlə gəzintiyə çıxıb. Əlində "Balenciaga" brendindən qəhvə fincanı tutub. Qabların qiyməti 5570 dollar olub.

Milyarder və teleaparıcı 2019-cu ildən görüşür. Münasibət başlayanda onların hər ikisi rəsmi nikahda olublar, lakin tezliklə, demək olar ki, eyni vaxtda boşanmaq üçün ərizə veriblər və münasibətlərini gizlətməyi dayandırıblar.

Seçilən
97
publika.az

1Mənbələr