İndiki duruma görə bunlardan biri "Karvan"dı. İkinci pillədə qərarlaşan Yevlax təmsilçisi mövsümü uğurla başa vuracağı təqdirdə hədəfə çatacaq. Bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan xəbərlərə inansaq, komanda premyer-liqaya yüksəlsə, baş məşqçisini dəyişəcək. Daha doğrusu, bu posta Azər Məmmədov gətiriləcək. "Karvan"ın indiki çalışdırıcısı Kənan Kərimov isə onun köməkçisi təyin olunacaq.
Bu xəbərlə bağlı Azər Məmmədovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Yayılan informasiyalarla tanışam. Onu deyim ki, bu məlumat doğru deyil. Mənim "Karvan"la hansısa əlaqəm olmayıb. Ümumiyyətlə, işsiz qaldığım gündən bəri hansısa klubdan təklif almamışam. "Karvan" premyer-liqaya yüksəlsə, baş məşqçi postuna ən layiqli namizəd elə Kənan Kərimov özüdü. O, indiyə qədər çəkdiyi əziyyətlə bunu haqq edib".
KƏNAN BAHADIR