Bakı. Trend:
Çexiyanın Litomışl şəhəri yaxınlığındakı Banatki kəndindəkeçirilən motokros yarışı zamanı bir motosikletçi həlak olub.
Trend xəbər verirki, bu barədə respublikanın xilasetmə xidmətinin mətbuat katibiAlena Kisiala məlumat verib.
"Litomışl yaxınlığındakı Banatki kəndi yaxınlığında keçirilənmotokros yarışı zamanı yarış iştirakçılarından biri həlak olub", -o qeyd edib.
Yarışda 139 idmançı iştirak edib. Ölən şəxs 1960-cı iltəvəllüdlüdür və yarışın ən təcrübəli iştirakçılarından biriolub.