Bu gün İstanbulun Maltəpə bölgəsində həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək üçün genişmiqyaslı nümayiş keçirilib.
Yenisabah.az xəbər verir ki,aksiyada 2,2 milyona qədər insan iştirak edib.
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyənin müxtəlif şəhərlərində vaxtaşırı İmamoğluna dəstək aksiyaları keçirməyə davam edəcəyinə söz verib.
Ə. İmamoğlu martın əvvəlində korrupsiya və digər qanun pozuntularında şübhəli bilinərək saxlanılıb və həbs edilib. Özü də günahını etiraf etmir. Türkiyə müxalifəti bu işin siyasi motivli olduğuna əmindir. Ehtimal olunur ki, müxalifətçi İmamoğlu prezident seçkilərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ciddi rəqib ola bilər.
Telegram kanalımız