AZ

Super Liqa: “Qalatasaray”a ilk məğlubiyyəti “Beşiktaş” yaşatdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.

“Trabzonspor” – “Göztəpə” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Sivasspor” doğma meydanda “Adana Dəmirspor”a böyük hesabla qalib gəlib. “Samsunspor” isə “Kasımpaşa”ya 2 cavabsız qolla uduzub.

Turun mərkəzi oyununda “Beşiktaş” lider “Qalatasaray”ı qəbul edib. Bu tura qədər məğlubiyyət tanımayan “Qalatasaray” İstanbul derbisində ilk dəfə xalsız qalıb.

Tura martın 31-də keçiriləcək “Eyüpspor” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
29-cu tur
28 mart

Antalyaspor – Alanyaspor 2:1
Qollar: Samudio, 43. Qaiç, 81 – Kordova, 22.

Kayserispor – Hatayspor 5:0
Qollar: A.Karimi, 2. Bahoken, 37. R.Çivelek, 59. Nazon, 69. T.Sarıarslan, 89.

Bodrumspor – Fənərbağça 2:4
Qollar: Puşkaş, 31-pen. Fredi, 85 – Şkrinyar, 5. O.Aydın, 32. Şimanski, 36. Taliska, 45-pen.

Konyaspor – Qaziantep 1:0
Qol: Kramer, 67.

29 mart

Sivasspor – Adana Dəmirspor 5:1
Qollar: Manay, 13; 17. Q.Rodriqes, 48. Boke, 68. E.Bekiroğlu, 76 – S.Kavrazlı, 35.

Samsunspor – Kasımpaşa 0:2
Qollar: Fall, 69. Da Kosta, 82.

Trabzonspor – Göztəpə 1:1
Qollar: Zubkov, 32 – Romulo Kardozo, 31-pen.

Beşiktaş – Qalatasaray 2:1
Qollar: Rafa Silva, 23. J.Fernandes, 66 – L.Torreyra, 45.

31 mart

21:00. Eyüpspor – Başakşəhər

Seçilən
100
1
arena.az

1Mənbələr