Bakı. Trend:
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa yeni kabinetinformalaşması münasibətilə xalqı təbrik edərək, bu hökuməti"yaradıcılıq və dəyişiklik hökuməti" adlandırıb.
Trend xəbər verirki, Əhməd əl-Şaraa bu fikirləri Qəsr əş-Şaab sarayında keçirilənmərasim zamanı səsləndirib.
"Ölkəmiz daha yaxşı gələcəyə doğru yeni tarixi dövrə qədəmqoyur. Biz yenidənqurma və islahatlar aparacaq hökumətinformalaşdığını elan edirik" - deyə o vurğulayıb. Əl-Şaraanın çıxışıƏl Hadath telekanalı tərəfindən yayımlanıb.
Prezident xalqı güclü və sabit dövlət quruculuğununbaşlanacağına əmin edərək, bütün vətəndaşları birgə çalışmağaçağırıb. O, hökumətin fəaliyyətinin tam şəffaf olacağını vəkorrupsiyaya yol verilməyəcəyini bildirib.
Yeni kabinetdə keçid hökumətinin xarici işlər naziri Əsəd Həsənəl-Şibani və müdafiə naziri Murhaf Əbu Qəsr vəzifələriniqoruyublar. Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab isədaxili işlər naziri təyin edilib.