AZ

Liqa 1: PSJ 6 qolla qalib gəldi, Marsel “Olimpik”i uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Reyms” doğma meydanda Marsel “Olimpik”i üzərində inamlı qələbəyə sevinib. “Monako” isə “Nitsa”nı məğlub yola salıb.

Səfərdə “Sent Etyen”lə qarşılaşan PSJ də darmadağına sevinməklə zirvədəki mövqeyini möhkəmləndirib.

27-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
27-ci tur
28 mart

Strasburq – Olimpik (Lion) 4:2
Qollar: A.Santos, 5. Bakva, 60. Emeqa, 73. Amo-Ameyav, 89 – Tolisso, 62. Mikautadze, 90+7-pen.

29 mart

Reyms – Olimpik (Marsel) 3:1
Qollar: Nakamura, 29. Diaxon, 51. Atanqana, 68 – Ronjye, 78.

Sent Etyen – PSJ 1:6
Qollar: Stassin, 9 – Q.Ramos, 43-pen. Kvaratsxeliya, 50. D.Due, 53; 66. J.Neves, 62. Mbaye, 90.

Monako – Nitsa 2:1
Qollar: Bieret, 55. Embolo, 73 – Boqa, 41.

30 mart

17:00. Tuluza – Brest
19:15. Anje – Renn
19:15. Oser – Monpelye
19:15. Havr Nant
22:45. Lill – Lans

Seçilən
99
50
arena.az

10Mənbələr