Bakı. Trend:
Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsanRifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") naməlumvirusa yoluxma halları ilə bağlı yayılan məlumatları nəzarətəgötürüb.
Trend xəbər verirki, bu barədə qurum öz "Telegram" kanalında açıqlama verib.
"Rospotrebnadzor" bildirib ki, sosial şəbəkələrdə yayılan bütünson məlumatlar araşdırılır və hazırda virusla bağlı vəziyyətnəzarət altındadır.
Yoluxan şəxslərin sözlərinə görə, xəstəlik əvvəlcə ağrı vəhalsızlıqla başlayır. Lakin bir neçə gün sonra şiddətli zəiflik,yüksək hərarət və qan öskürmə ilə müşayiət olunur. Eyni zamanda,COVID-19 və A, B qripi testləri mənfi nəticə verir.
Mütəxəssislər bu xəstəliyin mikoplazma pnevmoniyası olabiləcəyini ehtimal edirlər. Qeyd edək ki, analoji hallar ötən ilindekabr ayında da qeydə alınmışdı.