Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son gündə 2 oyun keçiriləcək.
Elitada qalmaq uğrunda mübarizə aparan “Səbail”lə “Kəpəz” Tovuzda üz-üzə gələcək. Gəncə təmsilçisi 23 xalla 9-cu, bakılılar isə 18 xalla sonuncu pillədədir. Daha bir məğlubiyyət “Səbail”in ümidlərinin üstündən xətt çəkə bilər.
Turun bağlanış matçında “Zirə” “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri 52 xalla 2-ci, qonaqlar 28 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası
IV dövrə, 28-ci tur
16:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:00. “Zirə”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) oyunlarında qalib müəyyənləşməyib.