Rusəsilli amerikalı fiqurlu konkisürən İlya Malinin 2025-ci ildə ABŞ-nin Boston şəhərində keçirilən dünya çempionatının qalibi olub.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı idmançı qısa və sərbəst proqramlar üzrə 318,56 bal toplayıb.
O, ardıcıl ikinci dəfə dünya çempionu olub.
İkinci yerdə Qazaxıstan təmsilçisi Mixail Şaidorov, üçüncü yerdə isə yaponiyalı Yuma Kagiyama qərarlaşıb.
"Cebheinfo.az"