Misli Premyer Liqasında ikinci pillənin sahibi "Zirə" mövqeyini möhkəmləndirmək üçün yaxşı fürsət qazanıb. 

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri bu gün XXVIII tur çərçivəsində "Şamaxı"nı məğlub etmək niyyətindədirlər. 

"Şamaxı" Ayxan Abbasovun U-21 yığmasına baş məşqçi təyin olunmasında sonra ilk dəfə meydançaya çıxacaq.

Görək baş məşqçinin eyni zamanda həm klubda, həm də milli komandada işləməsi "Şamax"nın nəticələrinə təsir göstərəcək, ya yox? 

“Zirə”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 18:00