“Atletiko” İspaniya La Liqasının XXIX turunda “Espanyol”la heç-heçə edib – 1:1.
Futbolpress.az xəbər verir ki, madridlilərin hücumçusu Antuan Qrizmann bu görüşdə iştirak edib. O, bununla da La Liqada ən çox oyun keçirən əcnəbi futbolçu olub – 521 matç.
Bundan əvvəlki rekord Lionel Messiyə aid idi. Argentinalı hücumçu “Barselona” formasıyla 520 oyuna çıxıb.
La Liqada ən çox oyun keçirən əcnəbi isə Andoni Subisarrete olub – 622 oyun.