Bu gün İngiltərə FA kubokunda 1/4 finalın qalan iki oyunu olacaq.
İdman.biz xəbər verir ki, "Championship"də çıxış edən "Preston North End" bu mərhələdə aşağı divizionun yeganə təmsilçisidir.
"Astan Villa" səfərdə məhz bu komanda ilə qarşılaşacaq.
"Mançester Siti" isə "Bornmut"un qonağı olacaq.
Qeyd edək ki, "Fulhem"ə qalib gələn (3:0) "Kristal Pelas" və penaltilər seriyasında "Brayton"u məğlub edən (0:0, pen. 4:3) "Nottingem" artıq yarımfinala vəsiqə qazanıblar.
İngiltərə
FA kuboku, 1/4 final
30 mart
16:30. "Preston North End" - "Aston Villa"
19:30. "Bornmut" - "Mançester Siti"
İdman.biz