Azərbaycan milli komandasının futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun şərəfini qoruduqları "Radomyak" bu gün Polşa Ekstraklasasının XXVI turunda mübarizə aparıb.
Offsideplus.az xəbər verirki, R.Dadaşov "Korona Kielçe"yə qarşı oyuna ehtiyatda başlayıb. O, 64-cü dəqiqədə meydançaya çıxıb.
Rahil Məmmədovun adı isə protokola belə düşməyib.
Xatırladaq ki, Renat ötən ay "Radomyak"a transfer olunub. O, yeni klubunda artıq 2 qol vurub.
"Korona Kielçe" - "Radomyak" 1:2
Pau Resta Tell, 3 - Marko Bura, 10; Kapita, 75,90+4
64' - R.Dadaşov meydana daxil oldu.
67' - Yığmamızın hücumçusu sarı vərəqə aldı
90+4' - Dadaşov komandasının 3-cü qolunun assistini edir