AZ

"AGF Trophy"nin qalibi: Qızıl medal qazanacağıma inanırdım

Bakı, 30 mart, AZƏRTAC

"Özümdən bu nəticəni gözləyirdim. Səhvlərim olsa da, fəxri kürsünün ən yüksək pilləsində yer aldığım üçün xoşbəxtəm".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycanın bədii gimnastı Azadə Atakişiyeva deyib. Halqa proqramında bütün rəqiblərini qabaqlayan idmançı azarkeşlərin dəstəyini hiss etdiyini söyləyib: "Dəstəklərini əsirgəməyənlərə minnətdaram. Burada güclü idmançılar yarışır. Amma mənim ən böyük rəqibimin elə özüməm. Ona görə də qızıl medal qazanacağıma inanırdım".

O, növbəti hədəflərindən bəhs edib: "Əsas məqsədim gənclər arasında dünya çempionatında iştirak etmək və orada ölkəmi layiqincə təmsil etməkdir".

A.Atakişiyeva mükafatını məşqçi və xoreoqraflarına həsr etdiyini deyib.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Seçilən
203
azertag.az

1Mənbələr