AZ

Əfqanıstandan ABŞ-yə açıq mesaj: Hərbi texnikalar...

Əfqanıstan administrasiyası ABŞ administrasiyasının 2021-ci ildə Əfqanıstandan çıxarılmasından sonra geridə qoyduğu hərbi texnikanın təhvil verilməyəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhhar Bəlxi ABŞ-nin ölkədəki texnikası ilə bağlı “CBS News”-a danışıb.

Sözügedən avadanlığın ABŞ-yə təhvil verilməyəcəyini deyən Bəlxi, "Dövlətlər varlıqlarından əl çəkmirlər" deyib.

Digər tərəfdən Bəlxi rəhbərliyin ABŞ da daxil olmaqla Əfqanıstanın mədən sektoruna sərmayə qoymaq istəyən ölkələrə açıq olduğuna diqqət çəkib.

Seçilən
93
cebheinfo.az

1Mənbələr