PSJ Liqa 1-də keçirdiyi səfər matçlarındakı məğlubiyyətsizlik seriyasını artırıb.
Fanat.Az xəbər verir ki, Luis Enrikenin komandası şənbə günü səfərdə "Sent-Etyen"i 6:1 hesabı ilə darmadağın edib.
"Opta"-nın məlumatına görə, parislilər ardıcıl 38 matçdır ki, çempionatda səfərdə uduzmur. Bu, Avropanın beş aparıcı liqasında ötən əsrdə qeydə alınan rekordunun təkrarlanması deməkdir. Əvvəllər bunu 1991-1993-cü illərdə "Milan" bacarıb. İtaliya nəhəngi də həmin müddətdə A Seriyasında ardıcıl 38 səfər oyununda məğlubiyyətin nə olduğunu bilməyib.
PSJ 27 turdan sonra 71 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edir. Paris nəhəngi artıq növbəti turda özünə çempionluğo təmin edə bilər.