AZ

Renat assist etdi, komandası qalib gəldi

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 26-cı tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə “Korona Kielçe” ilə qarşılaşıb. Görüş "Radomiak"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Meydana oyunun 64-cü dəqiqəsində çıxan Renat isə 67-ci dəqiqədə sarı vərəqə alıb, 90+4-cü dəqiqədə qolun ötürməsini edib. 

Qeyd edək ki, “Radomiak” hazırda turnir cədvəlində 34 xalla 9-cudur.“Korona Kielçe” isə 33 xalla 13-cü yerdədir. 

“Korona Kielçe” - "Radomiak" - 1:3
Qollar:
Resta, 3 - Burç, 10; Kapita, 75, 90+4

Seçilən
126
teleqraf.com

1Mənbələr