Polşa çempionatında 26-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Rahil Məmmədovla Renat Dadaşovun çıxış etdiyi “Radomyak” komandası növbəti oyumuça çıxıb.
Sözügedən komanda “Korona” ilə səfər qarşılaşmasında 3:1 hesablı qələbəyə sevinib.
64-cü dəqiqədə əvəzetmədən oyuna qoşulan Renat 67-ci dəqiqədə sarı vərəqə alsa da, 90+4-cü dəqiqədə isə məhsuldar ötürmə müəllifi olub.
Rahilin adı isə iştirak ərizəsinə salınmayıb.
“Radomyak” hazırda ölkə çempionatında 34 xalla 9-cu sırada yer alıb.