Mahir Emreli Almaniyanın 2-ci bundesliqasında bu gün keçirilən “Yan Reqensburq” - “Nürnberq”matçının iştirakçısı olub.
"Football-plus.az" xəbər verir ki, həmyerlimiz ehtiyat heyətdə yer alıb, 78-ci dəqiqədə isə Janis Antistin əvəzinə meydana daxil olub. Emreli qol vura bilməyib.
Onun komandası isə 11-ci dəqiqədə Antistin qolu ilə hesabda önə keçsə də, sonradan 2 qol buraxaraq uduzub - 1:2.
27 oyundan sonra 41 xalı olan “Nürnberq” 8-ci yeri tutur.