Misli Prmeyer Lİqasının 28-ci turunda "Zirə" doğma meydanda "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, “Şamaxı”nın məşqçisi Elnur Çodarov “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında jurnalistlə açıqlama verib:
- İlk öncə hamını bayram münasibətilə təbrik edirəm. Bilirik ki, çempionatın ən sərt komandasına qarşı oynadıq. Çalışdıq nəsə edək,alınmadı. Hücumçumuz Maykl son məqamda özün nasaz hiss elədi. Ona görə də, itkiynən gəldik bu oyuna. 1-ci hissədə Vladislavın zədələnməsi, Mikelsin oyuna tam hazır olmaması planlarımızı pozdu. 2-ci hissəyə yaxşı başlamadıq. Sadə səhvlərdən qollar buraxdıq. Dəyişiklik etmək istədik. Amma alınmadı. "Zirə"ni təbrik edirəm."
saytlarin hazirlanmasi