AZ

"Barselona" polşalı qolkiperlə razılığa gəldi

"Barselona" klubu polşalı qapıçısı Voytsex Şensnı ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.

SeherXeber.org fanat.az-a istinadən xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər şifahi razılığa gəliblər. Yekun təfərrüatları müzakirə etdikdən sonra qapıçı 2026-cı ilin iyun ayına kimi müddətə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Barselona" təcrübəli qapıçı ilə 2024-cü ilin oktyabr ayının əvvəlində, kataloniyalıların əsas qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə aldıqdan sonra bir illik müqavilə imzalayıb.

34 yaşlı qolkiper bu mövsüm artıq 17 oyun keçirib. O, 16 qol buraxıb və 9 matçda qapısını təmiz saxlayıb.

Seçilən
137
5
seherxeber.org

6Mənbələr