AZ

Renat cəzalandırıldı, komandası qələbə qazandı

Polşa Ekstraklasasında XXVI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomiak” səfərdə “Korona” ilə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Rahil bu matçın iştirak ərizəsində yer almayıb. Renat isə 64-cü dəqiqədə Pedro Perottini əvəzləyib və 3 dəqiqə sonra sarı vərəqəylə cəzalandırılıb. Dadaşovun həmçinin komandasının 3-cü qolunu vuran Kapitaya məhsuldar ötürmə ilə yadda qalıb.

Aktivində 34 xalı olan “Radomiak” turnir cədvəlinin 10-cu pilləsində yer alıb.

Seçilən
155
futbolpress.az

1Mənbələr