AZ

ŞOK İDDİA: Avropalı hərbçilər Rusiya ilə qarşıdurmaya hazırlaşır

Avropa ölkələrinin yüksək rütbəli hərbi məmurları Rusiya ilə hibrid münaqişə və ya hətta birbaşa döyüş formasında potensial qarşıdurmaya hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan fransız zabitinin sözlərinə görə, ordu ən pis ssenariyə hazırlaşır. Nəşr iddia edir ki, oxşar atmosfer bütün Avropa ölkələrində hökm sürür, burada hərbçilər müxtəlif hərbi ssenarilər hesablayırlar.

Nəşrin yazdığına görə, nüvə eskalasiyası riskləri nəzərə alınmaqla Rusiya ilə NATO arasında tammiqyaslı münaqişənin baş vermə ehtimalı aşağı səviyyədə qiymətləndirilir, lakin eyni zamanda hərbçilər Avropa dövlətlərindən birinin ərazisində, eləcə də qitədən kənarda məhdud hərbi əməliyyatların və hibrid müharibənin aparılması imkanlarını da nəzərdən keçirir.

Seçilən
108
41
publika.az

10Mənbələr