AZ

Deputat Sevinc Hüseynova növbəti vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Sevinc Hüseynova növbəti vətəndaş qəbulu keçirib.

Deputat Gədəbəy rayonunun Novoivanovka və Çobankənd  kəndlərində vətəndaşlarla görüşüb, onları maraqlandıran məsələlərlə bağlı söhbətlər aparıb.

Seçicilərin müraciətləri əsasən elektrik təchizatının yaxşılaşdırılması, sosial, məşğulluq və digər məsələlərlə bağlı olub.

Vətəndaşların bütün müraciətləri dinlənilib və aidiyyatı üzrə qeydlər götürülüb.

Qeyd edək ki, qəbulda Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.

Seçilən
64
yenigundem.az

1Mənbələr