Bildirilib ki, Kral VI Məhəmməd bayram münasibətilə 1533 məhbusun əfv edilməsinə qərar verib.
Bəyanatda terror və ekstremizm cinayətlərində təqsirli bilinən 31 nəfərin də amnistiyadan yararlandığı vurğulanıb.
Mərakeşdə kral konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq milli və ya dini bayramlarda müxtəlif cinayətlərə görə məhkum olunmuş məhbuslara amnistiya verə bilər.