Şimali Kiprdə konsert verərkən halı pisləşən və ürəktutmadan həyatını itirən sənətçi Volkan Konakın vəsiyyəti yenidən ictimailəşdirilib.
Tribunainfo.az yada salır ki, Konak illər əvvəl vəsiyyətində onun dəfn edilməməsini istəyib. Sənətçi deyib ki, onu yandırıb külünü bir qutuya yığsınlar, sonra helikopterlə Qaradənizə səpsinlər, xüsusən də Trabzonun üzərinə.
Onun vəsiyyətinin yerinə yetiriləcəyi haqda hər hansı açıqlama verilməyib. Qeyd edək ki, müğənni 58 yaşında vəfat edib.