Konsert zamanı ürək tutmasından dünyasını dəyişən sənətçi Volkan Konağın vəsiyyəti aktual mövzuya çevrilib.
Moderator.az xəbər verir ki, Volkan Konak "Lütfən, öləndə məni basdırmasınlar. Bütün bədənimi yandırsınlar. Külümü bir qutuya qoyub təyyarə ilə Qara dənizimə səpələyin".
Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı səhnədə pisləşib və sənətçi xəstəxanaya aparılaraq həyatını itirib.