“Football-plus.az” Füzuli bəyə bu suallarla müraciət edib: “Sizcə, “Qəbələ”nin gücü nədədi? Belə çıxır ki, bu komanda məğlubiyyətsiz çempion olacaq?”
“Rəqibin gücünü də, səviyyəsini də bilirdim. Həm fərdi, həm də komanda şəklində necə oynadıqlarını həm özüm yaxşı təhlil etmişdim, həm də oyunçularıma çatdırmışdım. Əmin idim ki, onlar da hər şeyi çox yaxşı mənimsəyib. Bunları praktik baxımdan göstərmək üçün keyfiyyət lazım idi. Heyətimiz gənc futbolçulardan qurulub. Komandam dediklərimi etməyə çalışsa da, “Qəbələ”nin futbolçuları, məşqçi korpusu – komanda kimi daha keyfiyyətli olması məsələni həll etdi. “Qəbələ”ni saxlamaq çətin olacaq. Demək olar ki, gələn mövsüm premyer liqada oynayacaqlar”.
MÜZƏFFƏR QULUZADƏ