Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Amerika liderinin Ukraynadakı münaqişə tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi təklifi ilə razılaşıb. Ağ Evin məlumatına görə, tərəflər həmçinin “Qara dənizdə atəşkəs, tam atəşkəs və daimi sülh”ün tətbiqi ilə bağlı texniki danışıqlara başlamaq barədə razılığa gəliblər.