Böyük Britaniyanın xarici işlər naziri David Lammi Londonun Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara hazır olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə İspaniyanın “El PaÍs” qəzetinə müsahibəsində bildirib.
“Gələcək illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirməyin vaxtıdır”,- deyə Lammi xatırladıb.
"Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara hazırıq", - nazir bildirib.
“Avropanın təhlükəsizliyi bölünməzdir”,- deyə o əlavə edib.