AZ

Avropa çempionatında Azərbaycanı 8 şahmatçı təmsil edəcək

Bakı. Trend:

Bu gün Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasındaşəxsi Avropa çempionatına start veriləcək.

Trend xəbərverir ki, qitə birinciliyində Azərbaycanı 8 şahmatçı təmsiledəcək.

Avropa çempionatında yarışın son qalibi Ülviyyə Fətəliyeva,Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, TürkanMəmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynovamübarizə aparacaq.

Ümumilikdə 137 şahmatçının iştirak edəcəyi Avropa çempionatınınreytinq favoriti Nino Batsiaşvili (Gürcüstan) olacaq.

Turnirin mükafat fondu 60 min avroya bərabərdir. Çempion olacaqşahmatçı 10 min avro pul mükafatı əldə edəcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdanibarət olacaq. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılarDünya Kubokuna vəsiqə qazanacaq.

Məqalədə:
Seçilən
41
5
az.trend.az

10Mənbələr